Bu günkü dünyamız spirtli içkilərin bütün bədənə mənfi təsir etdiyinə inanıb inandıranlarla doludur. Amma, qəribə də olsa, eyni zamanda, son zamanlar bütün dünyada bu mövzuda çoxlu mübahisəli araşdırmalar da meydana çıxmaqdadır.
Budur, “Medscape” portalı əcnəbi alimlərin kiçik dozalarda alkoqol qəbulunun hələ də ölüm riskini azaltdığını bildirdiyini yazırlar.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, mütəxəssislərin fikrincə, spirt qaraciyər fibrozu və sirozu, həmçinin hepatosellüler karsinoma riskini...daha nə bilim nələri artırsa da, amma eyni zamanda steatohepatit riskini də azaldır.
Beləliklə, ekspertlər əmindirlər ki, az miqdarda spirt içmək bir çox ciddi patologiyalardan ölüm hallarını azaldır.
Yeri gəlmişkən, gündə 10-dan 30 q-a qədər təmiz etanol və ya üç standart vahiddən çox olmayan spirt orta hesab olunur.
Yox, deyəsən, bu bizlik olmadı?..
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB