Bu meyvələr arıqlamağın qarşısını alır

Arıqlamaq üçün meyvələrlə pəhriz saxlamaq düzgün deyil. SİA xarici mətbuata istinadən xəbər verir ki, ananas, manqo və yemiş kimi meyvələrin istehlakı insanların çəki atmasına kömək etmir.

Arıqlamaq istəyənlər bunun əvəzinə giləmeyvə, alma və armud istehlak etməlidir. Bunun səbəbi onların tərkibində şəkərin az olmasıdır. Amma pəhriz saxlayarkən tamamilə şirniyyatdan imtina etmək lazım deyil.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə