Bu arada Yaponiyanın Hyoqo prefekturasında şəbəkədə böyük səs-küyə səbəb olan maraqlı hadisə baş verib. Bir gün əvvəl yerli polis, məlum olduğu kimi, son 62 ildə heç bir hüquq olmadan avtomobil idarə edən sürücünü saxlayıb,
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Sankei” nəşri yazıb.
Beləliklə, 82 yaşlı Toşiyuki İşibaşının təhlükəsizlik kəməri taxmadığına görə yol polisi tərəfindən saxlanılıb. Məmurlar ondan sənədlərini göstərməsini istəyəndə o, sənədlərinin olmadığını deyib. Həm də təqaüdçü səmimi etiraf edib ki, o 20 yaşından etibarən sürücülük hüquqlarını itirib.
Beləliklə, yaponun 60 ildən artıq müddət ərzində qanunu pozduğu ortaya çıxıb. Yaşına görə cinayət törədən şəxsə indi hüquq-mühafizə orqanları tərəfindən hansı cəza tətbiq ediləcəyi hələlik məlum deyil.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB