“Siçovullarla mübarizəyə cavabdeh” vəzifəsi təyin edildi

Rəsmi vəzifəsinin adı "Şəhər miqyasında gəmiricilərin azaldılması üzrə menecer" adlanan K.Korradi təyinatı ilə bağlı açıqlamasında bildirib...

ABŞ-ın Nyu-York şəhərinə siçovullarla mübarizəyə cavabdeh menecer təyin edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Nyu-York meri Erik Adams (Eric Adams) təhsil departamentinin əməkdaşı Ketlin Korradiyə (Kathleen Corradi) Nyu-Yorkda artan siçanlarla mübarizə aparmağı tapşırıb.

Rəsmi vəzifəsinin adı "Şəhər miqyasında gəmiricilərin azaldılması üzrə menecer" adlanan K.Korradi təyinatı ilə bağlı açıqlamasında bildirib: “Məni çox, siçovulları az görəcəksiniz. Çünki şəhərdə yeni bir şərif var."

Məlumatlara görə, son illər Nyu-Yorkda siçanların sayı artıb və 2 milyon olub.

Nyu-York meri E.Adams siçovulları “1 nömrəli düşmən” adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə