Rusiya Federasiyasının xalq artisti Filipp Kirkorovun atası, 90 yaşlı Bedros Kirkorov yeni sevgilisinə görə yaşayış yerini dəyişir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “dni.ru” nəşri ulduz ailənin əhatəsində olan mənbələrə istinadən xəbər verir.
Qeyd olunur ki, ikinci həyat yoldaşı Lyudmila Smirnova ilə uzun müddət Velikiy Novqorod yaxınlığında yaşayıb, əkinçiliklə məşğul olublar.
Şayiələrə görə, Bedros Filippoviç gənc gözəllikdən başını itirib və 26 il birlikdə yaşadıqdan sonra Smirnova ilə boşanmaq niyyətindədir.
Başqa bir şayiələrə görə, qoca Bedros Kirkorov indi də tibb bacısına aşiq olub.
Onun yaşında, bəlkə də mükəmməl seçimdir.
Amma deyilənlərə görə, qızın 26 yaşı var.
Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB