Robotlar 10 il ərzində ev işlərinin 39 faizini yerinə yetirəcək
Robotlar 10 il ərzində ev işlərinin 39 faizini yerinə yetirəcək.
İngiltərənin Oksford Universiteti ilə Yaponiyanın Ochanomizu Universitetinin tədqiqatçılarının apardığı araşdırmalara görə, robotlar 10 il ərzində ev işlərinin 39 faizini yerinə yetirəcək.
Mütəxəssislər avtomatlaşdırmadan ən çox təsirlənəcək işin alış-verişi olacağını proqnozlaşdırır.
İngiltərənin Oksford Universiteti və Yaponiyanın Oçanomizu Universitetinin tədqiqatçıları 65 süni intellekt (AI) mütəxəssisindən ev işlərində avtomatlaşdırmanın gücünün 10 ildən sonra necə formalaşacağına dair məlumat istəyib.Tədqiqatda İngiltərədən 29 və Yaponiyadan isə 36 süni intellekt üzrə mütəxəssislər iştirak ediblər.
''PLOS One'' jurnalında yayımlanan araşdırmada mütəxəssislər avtomatlaşdırmadan ən çox təsirlənəcək işin alış-verişi olacağını proqnozlaşdırıblar.
Gənc və yaşlı insanların qayğısına qalmaq süni intellekt texnologiyalarından ən az təsirlənəcək işlərdir.
Alış-verişə sərf olunan vaxt 60 faiz azalacaq.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, britaniyalı kişi mütəxəssislər qadın həmkarlarına nisbətən ev işlərində avtomatlaşdırmaya daha çox meyllidirlər, Yaponiyada isə bunun əksi yaşanır.
Lakin mütəxəssislərin avtomatlaşdırmanın edə biləcəyini düşündüyü vəzifələr müxtəlifdir.
Oksford Universitetinin tədqiqatçısı Lulu Şi deyib: " Uşaqlara təhsil vermək, onlarla maraqlanmaq kimi işlər daxil olmaqla baxıcılıq xidmətinin yalnız 28 faizinin avtomatlaşdırılacağı güman edilir''.
Digər tərəfdən, mütəxəssislər texnologiyanın ərzaq alış-verişinə sərf olunan vaxtı 60 faiz azaldacağı qənaətindədir.
Lakin robotların insanları on il ərzində ev işlərindən azad edəcəyi ilə bağlı proqnozlar yeni deyil.
İngiltərədə kişilərin təxminən yarısı işləyən qadınlar qədər ev işləri görür. Yaponiyadakı kişilər İngiltərə ilə müqayisədə ev işlərini daha az görür.
Oksford Universitetində süni intellekt və cəmiyyət sahəsində çalışan və eyni zamanda tədqiqatın müəlliflərindən biri olan Yekaterina Hertoq ev işlərinin qadınların üzərinə düşən qeyri-mütənasib yükünün onların əldə etdiyi qazanca və pensiya dövrünə mənfi təsir etdiyini bildirir.
Buna görə də tədqiqatçılar avtomatlaşdırmanın artırılmasının gender bərabərliyinə gətirib çıxara biləcəyini vurğulayır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Andrey Arşavin Bakıda
İdman 23:19Səhiyyə nazirinə yeni müşavir təyin edildi
Sosial 22:32Niyə sürücülər avtomobil açarlarını folqaya bükürlər..?
Maraqlı 21:27Şahzadə Diananın toyundan əvvəl baş verənlər...
Maraqlı 21:04Rusiyanın avtobus nəhəngi iflas həddindədir...
İqtisadiyyat 20:49Məktəbdə şagirdlər arasında insident baş verib
Sosial 20:36“Sabah” La Liqa komandası səviyyəsindədir”
Müsahibə 20:01Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib
Dünya 19:55“Mən ruhumu dinləməyi öyrəndim”...
Sosial 19:48Qazaxıstan-Özbəkistan sərhədində tıxaclar var...
Dünya 19:26İlin ilk Super Ayı görünür
Sosial 18:45Şok rəqəmlər...
Dünya 18:2718 marşrutun hərəkət sxemi dəyişəcək...
Sosial 17:58Digər mühüm məqam isə gənc ailələrlə bağlıdır...
Sosial 17:29“Sizə bir sirr deyəcəyəm...”
Dünya 16:13Azərbaycanın inkişafında yeni dövr - TƏHLİL
Siyasət 15:27Qarabağsız, “Ararat”sız, problemsiz… - BAXIŞ BUCAĞI
Siyasət 15:02Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Siyasət 14:43Rusiyaya kosmosdan hücum - RAKURS
Siyasət 13:51İdman və giriş qadağası
Dünya 13:38Sabah Azərbaycanda yağış yağacaq
Hadisə 13:14Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb
Mədəniyyət 11:08Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8548
-0,65%
-
GBP
2,2166
-0,53%
-
RUB
2,0745
-0,31%



