Moskvanın şərqində dağınıq mənzillərin birində yetkinlik yaşına çatmayanlarla iş üzrə müfəttişlər 7 yaşlı “Mauqli” uşağı tapıblar.
Moskva prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, ev Şərq İnzibati Dairəsinin Stalevarov küçəsində yerləşir. Soyuducuda demək olar ki, heç bir yemək yox idi və yaşayış evi ən baxımsız vəziyyətdə idi.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, mənzildə onun 45 yaşlı anası və ögey atası da olub. Otaqların divarları cızılmışdı, soyuducu isə şkaf kimi istifadə olunurdu - içində yemək yox idi. Qonşuların dediyinə görə, ailə yeməkləri zibil qabından götürürlər.
Kişi barədə bir şey deyilməsə də, amma qadının heç yerdə işləmədiyi bildirilib.
“Mauqli” uşaq məktəbə getmir, gəzintiyə çıxmır.
Hazırda artroz diaqnozu qoyulan uşaq xəstəxanaya yerləşdirilib.
Hazırda ailə yoxlanılır, uşağın xəstəxanadan çıxarılıb-çıxarmayacağına sonradan qərar veriləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB