Yaşı yüz milyon ildən çox olan dinozavr skeleti nümayiş olunur

Londondakı Təbiət Tarixi Muzeyində planetin ən nəhəng heyvanlardan olan dinozavrlardan birinin skeleti nümayiş etdirilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Patagotitan” cinsindən olan dinozavr yüz milyon il əvvəl Cənubi Amerikada yaşayıb. Onun ümumi ölçüsünün təqribən 37 metr, çəkisinin isə 60-70 ton olduğu ehtimal edilir. Dinozavrın ən böyük əzasının – bud sümüyünün uzunluğu 2,4 metrdir.

Elm adamları dinozavrların bu qədər böyük olmasının səbəblərini dəqiq bilmirlər, lakin onların kütlələrini necə artırdıqları barədə təsəvvürlər mövcuddur. Hesablamalara görə, bu canlılar gün ərzində 130 kiloqramdan çox bitki istehlak edə biliblər.

Sərgi martın 31-dən gələn il yanvarın 7-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə