Görüşlər üçün əla gündür - ASTROLOJİ PROQNOZ

Qoç

Sakitliyinizi qoruamaq asan olmayacaq. Bürcün nümayəndələri işdəki gecikmələrə görə əsəbi ola bilər. Bundan başqa, uzun müddətdir bağlanmış müqavilələrin pozulması da istisna edilmir. Buna fəlsəfi yanaşmaq da çətin olacaq.

Gün iş üçün çox əlverişli olacaq. Bu gün işlərin öhdəsindən tez gələcəksiniz. Çox səy sərf edilən işdə əsl irəliləyiş istisna edilmir.

Buğa

İşgüzar ünsiyyət, əməkdaşlıq etmək istədiyiniz insanlarla görüşlər üçün əla gündür. Ola bilər ki, sizə sərfəli şərtlərlə yeni iş və ya uzunmüddətli əməkdaşlıq təklif olunsun. Bu gün bağlanan sövdələşmələr əhəmiyyətli gəlir gətirə bilər.

Gün sənədlərlə işləmək, təşkilati məsələlərin həlli, dövlət qurumları ilə əlaqə saxlamaq üçün də əlverişli olacaq. Heç bir çətinlik olmayacaq və nəticə gözlədiyinizdən də yaxşı ola bilər.

Əkizlər

Bu gün yaxşı həll yolları səthdə olmayacaq, ancaq onları mütləq tapacaqsınız. İxtiraçılıq və başqalarının qaçırdığı detalları fərq etmək bacarığı faydalı olacaq.

Gün xoşuna gəlmək istədiyiniz insanlarla tanış olmaq üçün münasibdir. Çətin olmayacaq, sadəcə olaraq intuisiyanızın sizə dediklərini edin və deyin. Dostluq və ya romantik münasibətlərin başlanğıcı istisna edilmir.

Xərçəng

Təhsil almağa başlamaq və ya əvvəllər çətin görünənə məsələləri anlamağa çalışmaq üçün yaxşı gündür. Marağınız və təfərrüata olan diqqətiniz sayəsində hər kəsdən əvvəl bəzi dəyərli məlumatlar əldə edəcəksiniz. Bunu kiminlə paylaşacağınızı intuisiyanız sizə deyəcək.

İctimai çıxışlar, eləcə də sizin üçün bəzi vacib iş görüşləri yaxşı keçəcək. Əvvəllər sırf formal olan münasibətlər daha isti və rahat ola bilər.

Şir

Sizi maraqlandıran işlərə diqqət yetirin, ən yaxşısını edə bilərsiniz. Çoxdan yaranmış ideyaları həyata keçirmək şansınız olacaq. Doğru anı qaçırmamaq vacibdir. İntuisiyanıza qulaq asın.

Pulla bağlı hər işdə diqqətli olmağa dəyər. Kredit götürməyin və ya özünüzü digər maliyyə öhdəliklərinə bağlamayın. Günün qalan hissəsi yaxşı keçəcək. Müsbət tendensiyaların təsiri xüsusilə sevgi münasibətləri sferasında nəzərə çarpacaq.

Qız

Gün parlaq, maraqlı və ruhlandırıcı olacaq. Sizə xüsusilə perspektivli görünən planların həyata keçirilməsi üçün əlverişli şərait yaranacaq. Köhnə dostlar kömək etməyə hazır olacaqlar. Bu yaxınlarda ilk dəfə görüşdüyünüz şəxslər də kənarda qalmayacaq.

Nağd pul daxilolmaları, o cümlədən gözlənilməz mənbələrdən hədiyyələr ola bilər.Yeni iş ortaqları axtaran Qızlar üçün gün uğurlu keçəcək.

Tərəzi

Əvvəllər yaranmış problemləri tez həll edəcək, son vaxtlar yığılıb qalan çətinliklərin öhdəsindən gələcəksiniz. Ola bilər ki, başqalarının işinə qarışmalı olacaqsınız. Amma siz bunu o qədər nəzakətlə və incəliklə edəcəksiniz ki, heç kim sizdən inciməyəcək. İşgüzar əlaqələri gücləndirmək imkanı yaranacaq.

Həddindən artıq işləməməyə çalışın. Günortadan sonra yəqin ki, işinizi təxirə salıb dincəlmək istəyəcəksiniz, belə bir fürsət yaranacaq. Bu zaman yaxınlarınızla vacib söhbətlər planlaşdırmamaq daha yaxşıdır. Ümumi dil tapmaq həmişəkindən bir qədər çətin olacaq.

Əqrəb

Gün çox yaxşı keçəcək, bir çox işlərdə uğur qazana biləcəksiniz. Əvvəlki təcrübə faydalı olacaq. Onun sayəsində səhv etməyəcəksiniz, istədiyiniz nəticəni tez əldə edəcəksiniz. Vaxtilə sizə vacib xidmətlər göstərmiş insanlara kömək etmək imkanı yaranacaq. Yaxınlarınız və sizi yaxşı tanıyanlar həmişəkindən daha tez-tez məsləhət alacaqlar.

Diqqətinizi maliyyə məsələlərinə yönəldə bilərsiniz. Burada intuisiyaya güvənmək lazımdır.

Oxatan

Hər şeyi bir anda etməyə çalışmayın. Ardıcıl hərəkət etməyin, heç yerə tələsməyin, lazımsız təlaşdan qaçmaq üçün arzu olunan günlərdən biridir. Bir çox vacib qərarları təkbaşına qəbul etməli olacaqsınız. Bu, asan olmayacaq, amma bunu edə bilərsiniz.

Ətrafınızdakı insanlar sizi xoşagəlməz şəkildə təəccübləndirə bilər. Adətən yaxşı yola getdiyiniz insanlar belə sizi səhv başa düşə, izahat tələb edə və sizi tənqid edə bilərlər. Ancaq ciddi fikir ayrılıqlarının qarşısını almaq olar.

Oğlaq

Xüsusilə səhər saatlarında sakit qalmaq asan olmayacaq. Bu zaman xırda şeylərdən narahat ola bilərsiniz. Köhnə tanışlar sizə dəstək olmağa çalışacaq, müsbət yöndə köklənməyə kömək edəcək. Qeyri-adi təkliflərdən, bəzi maraqlı tədbirlərdə iştirak etmək fürsətindən imtina etməyin.

Günün ikinci yarısı əvvəllər başlayan işi başa çatdırmaq, eləcə də təşkilati məsələlərin həlli üçün münasibdir. Sənədləşmə ilə bağlı heç bir çətinlik olmayacaq.

Dolça

Ehtiyatlı olun. Bu gün, şübhəsiz ki, çox faydalı şeylər öyrənəcək, dəyərli məlumatlar əldə edəcəksiniz.

Gün iş üçün əlverişli olacaq. Düşündüyünüzdən daha çox işiniz olacaq, ancaq düzgün prioritet verəcəksiniz və xırda şeylərə vaxt itirməyəcəksiniz. Gözlənilməz gecikmələr və böyük çətinliklər olmayacaq.

Balıq

Günün başlanğıcı demək olar ki, mübahisəsiz ötüşməyəcək. Həmkarlarla və rəhbərliklə razılaşmaq həmişəkindən daha çətin olacaq və xüsusilə diqqət yetirməyə dəyməyən xırda şeylərlə bağlı çoxlu mübahisələr olacaq. Ancaq zaman keçdikcə işlər yaxşılaşacaq.

Günün ikinci yarısı tamamilə fərqli olacaq: yüngül, xoş və məhsuldar. Gözlənilməz səfərlər və görüşlər istisna edilmir. Çox xoşbəxt olacaqsınız. Bəzi Balıqlar qırılmış əlaqələri bərpa edə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə