Bəs, bir vaxtlar “çay nədir, say nədir” deyirdiniz...

Çay yuxusuzluğa, baş ağrısına və narahatlığa səbəb ola bilər. Bunu diyetoloq və kardioloq Svetlana Pavliçenko deyib.

Onun sözlərinə görə, çayın bütün faydalı xüsusiyyətlərinə baxmayaraq, tərkibindəki kofein mənfi nəticələrə səbəb ola bilər. “Kofein sinir sisteminə stimullaşdırıcı təsir göstərir və həddindən artıq istehlak edildikdə yuxusuzluq, narahatlıq yarada və ürək-damar sisteminə mənfi təsir göstərə bilər”.

Qeyd edilməlidir ki, SİA bu barədə “Gazeta.ru”-ya istinad edir.

Deyilənlərə görə, çaydan sui-istifadə dəmir çatışmazlığına səbəb ola bilər, çünki içkinin tərkibindəki taninlər qidadan dəmirin sorulmasına mane olur.

Deməli, tez-tez çox çay içmək təhlükəliymiş?
Pavliçenkonun sözlərinə görə, yuxusuzluq və narahatlıqdan əlavə, güclü çay həvəskarı ürək döyüntüsünün artması və flüoroz (diş minasının zədələnməsi) ilə hədələnir.

Dietoloq fərdi sağlamlıq xüsusiyyətlərini nəzərə alaraq çayı normada içməyi məsləhət görür.

Belə ki, gündə on stəkandan çox çay işmək bədən üçün təhlükəli ola bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə