Ramazanda kökəlmə halları niyə baş verir?

Ramazan ayında oruc tutan hər kəsin qida rasionunda dəyişikliklər olur. Ləzzətli iftar və imsaq süfrələrinə müqavimət göstərmək mümkün olmasa da, Ramazanda çəkiyə nəzarət etmək üçün bəzi məqamlara diqqət yetirmək lazımdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, ekspertlər Ramazanda ən çox eşitdikləri şikayətlərdən birinin “bütün Ramazanda oruc tutdum, amma arıqlaya bilmədim” olduğunu bildiriblər. Ekspertlər qeyd edir ki, təbii ki, bunu oruc tutma üsulu kimi görmək çox böyük səhvdir. Bütün gün ac qalmaq maddələr mübadiləsini yavaşlatsa da, Ramazan ayında insanlar digər aylara nisbətən daha az hərəkətsiz olurlar. Xərclənən kalorilərin azalması arıqlamağı çətinləşdirsə də, uzun müddət oruc tutduqdan sonra çox yağlı yeməklər və şərbətli şirniyyatlar qəbul etmək hətta kökəlməyə səbəb ola bilər. Bu səbəbdən Ramazan ayında kifayət qədər və balanslı qidalanmağa diqqət etməyənlər təəssüf ki, kökəlmə halı ilə qarşılaşa bilərlər. Mütəxəssislər sağlam və doyurucu qidalarla gücləndirdiyiniz imsaqdan sonra keçirilən oruc zamanı digər günlərə nisbətən yormayacaq və susuzluq hissi yaratmayacaq qədər hərəkət etməyi, yeriməyi məsləhət görürlər.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə