Özünü balerina kimi görən ən kök rusiyalı qadın

Deməli, Rusiyanın ən kök qadını hesab edilən Kseniya Moxova keçən il ölsə də, amma ölümündən sonra həyatı və ölümündən sonra kim olmaq istədiyi barədə danışdığı müsahibə qalıb.

Qeyd edək ki, bu günlərdə qadının həyatının son günlərini əks etdirən kadrlar Rusiyanın federal telekanallardan birində nümayiş etdirilib

Etiraf etmək lazımdır ki, Kseniya, həqiqətən də, rusların ən kök qadını olub. Belə ki, o, 300 kiloqram ağırlığında idi. Üstəlik, o, praktiki olaraq hərəkət etmirdi və gündə on dəfə yemək yeyirdi.

Deyilənlərə görə, o, fast food və kəsmikləri çox sevirmiş.

Təbii ki, bunlar öz yerində, amma...

...Qadın son günlər özünü belə qəbul etməsinin onun üçün çətin olduğunu, güzgüyə baxmamağa çalışdığını və özünü balerina kimi gördüyünü deyirmiş.

...Üstəlik, o, artıq ölümü ilə barışdığını və hətta vəsiyyətnamə yazmaq, sonra isə onu pis ruhlardan qorumaq üçün ruha çevrilmək istədiyini əlavə etmişdi.

Qeyd edək ki, Kseniya Moxovaya ömrünün son günlərinə qədər 14 yaşlı qızı Varvara baxaraq, ona nəvaziş göstərmişdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə