Rus qadınları əcnəbilərlə münasibət qurmağa o qədər də həvəsli deyillər. Rus qadınları həmvətənləri ilə münasibət qurmağa üstünlük verirlər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Passion” nəşri tanışlıq saytlarından birinin ekspertlərinin araşdırmasının nəticələrinə istinadən yazıb.
Belə ki, kiminlə görüşmək istədikləri sualına cavab verən rus qızlarının 90 faizi digər ölkə vətəndaşlarının deyil, Rusiyadan olan kişilərin lehinə səs verib.
Onlar öz həmvətənlərini daha etibarlı tərəfdaşlar kimi görürlər, onlarla ciddi əlaqələr qurmaq ehtimalı daha yüksəkdir. Onlar üçün vacib meyar həm də ünsiyyətdə dil baryerinin olmamasıdır.
Rəyi soruşulanların 10 faizi isə əksinə, yalnız əcnəbi ilə romantik şam yeməyinə getməyə hazırdırlar.
Qeyd edilir ki, bir qayda olaraq, bunlar yaşı 25-dən az olan gənc qızlardır. Onlar əmindirlər ki, əcnəbilər onlarla rus kişilərindən daha yaxşı davranacaqlar.
O da maraqlıdır ki, sorğuya əsasən, əcnəbi ilə münasibət qurmaq istəyən rus qadınlarının 40 faizindən çoxu potensial partnyorunun İspaniya, İtaliya və ya Portuqaliyadan olmasını istəyirlər.
Asiya, Afrika və Böyük Britaniyadan olan kişilər onları ən az maraqlandırır. Eyni zamanda, qızların yalnız 12 faizi Rusiyanı həmişəlik tərk etməyə hazırdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB