Argentinanın cənubundakı Komdoro-Rivadavia (Comdoro Rivadavia) sahil qəsəbəsində yoxa çıxan Dieqo Barrianın qalıqları balıqçılar tərəfindən tutulan köpək balığının qarnından çıxıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, yerli mətbuata məlumat verən polis məmuru Daniela Millatruz sözügedən mövzu ilə bağlı deyib: “Barrianın şəxsiyyəti bədənindəki döymə ilə ailəsi tərəfindən müəyyən olunub.
Balıqçılar Argentinanın Çubut (Chubut) əyalətində tutduqları köpək balığını təmizləyərkən içində insan qalıqları görüncə xəbər verdilər, hadisə ilə bağlı təhqiqat davam etdirildi.
Qeyd edim ki, Barria sonuncu dəfə çimərlikdə görünüb və dənizdə çimdikdən sonra yoxa çıxmışdı. Görünür, güclü dalğalara tutularaq dənizin içərilərinə sürüklənib”.
Komodoro-Rivadavianın polis rəisi Kristian (Cristian) Ansaldo isə açıqlamasında Dieqo Barrianın şəxsiyyətini təsdiqləmək üçün DNT testinin də aparılacağını bildirib”.
Barrianın qalıqları çıxan köpək balığının uzunluğu təxminən 1,5 metr olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB