Xoşbəxtlik nədir? Bəs bədbəxtlik nədir? Niyə xoşbəxt olmaq üçün axtarışlara çıxırıq? Bəlkə bədbəxtliyin ən böyük mənbələrindən biri elə bu xoşbəxtliyi axtarmaqdadır? Axı, xoşbəxtliyi yalnız hədəflərə çatmaq üzərində qurmaq doğru deyil.
Özümüzü bədbəxt hiss edəndə neyləməliyik? Bu barədə türkiyəli məşqçi Alp Beyce belə deyir: “Əziz dostlar, siz xoşbəxtsinizmi? Mən xoşbəxtəm və həqiqətən özümü xoşbəxt hiss edirəm. Çünki bir ətrafıma baxdım, bir özümə baxdım. Gördüyüm hər şeyə görə minnətdar oldum. Demək, əslində şükür imiş xoşbəxtliyin mənbələrindən biri. Bu, təslimiyyət deyil. Axı, sizdə olanları əldə edə bilməyənlər var, niyə minnətdar olmayaq? Sağlamlığımız, şüurumuz, ailəmiz, dostlarımız kimi sahib olduğumuz hər şey üçün. Amma bu, o demək deyil ki, xoşbəxtliyini dərk etmək üçün başqalarının əskikliklərindən ilham alasan, əsla”.
Həyat bizə fürsətlər verir. Bəzisində xoşbəxtik, bəzisində isə özümüzü bədbəxt hesab edirik. Niyə? Bəs nə edə bilərik?
Xoşbəxtlik istinad səviyyəsi. Hər şeydən əvvəl, hər hansı bir vəziyyətdən xoşbəxtlik əldə etmək üçün nəyə sevinə biləcəyinin bir istinad səviyyəsini yaratmaq lazımdır. Biz bunu yaratmalıyıq ki, bu səviyyəyə qədər yaranan situasiyaları, emosiyaları dəyərləndirə bilək. Qeyd olunan istinad səviyyəsinin olmaması bizə iki şəkildə zərər verə bilər. Birincisi, biz tavan səviyyəsini çox aşağı qoymaqla vəziyyət və emosiyaları daimi xoşbəxtlik illüziyası ilə yanlış şərh edə, sonra məyusluq yaşaya bilərik. İkincisi, səviyyəni çox yüksəyə qaldırmaqla da hazırki xoşbəxtlik vəziyyətini görə bilməmək, həyata qarşı qəbul etməli olduğumuz müsbət münasibətə zərər verə bilərik.
İstinad səviyyəsini düzgün müəyyən etmək üçün bizə ilk növbədə minnətdarlıq duyğusu lazımdır. Səhər yuxudan oyanmaqdan tutmuş bu günə qədər əldə etdiyimiz ailə, qurduğumuz dostluqlar, verdiyimiz və aldığımız sevgi, qabiliyyət, istedad və hər hansı mövzuda nail olduqlarımız, görün, nə qədər şeylər şükür və minnətdarlıq mənbəyidir.
Minnətdarlıqdan xoşbəxtlik mənbəyi kimi necə istifadə edə bilərik? Belə edək, əlinizdə olanların siyahısını tərtib edin. Sizi başqalarından fərqləndirən qabiliyyətinizi, əldə etdiyiniz uğurları, sevdiyiniz və sevildiyiniz əlaqələri, təcrübələrinizdən öyrəndiyiniz dərsləri və qürur duyduğunuz hər anı yazın. Görəcəksiniz ki, siyahıya əlavə etdiyiniz hər sətir üzünüzdəki qüruru artıracaq. Ancaq siyahı tutmadan da minnətdar olmağı öyrənmək mümkündür. Həyatınıza məna qatan hər bir gün və fürsət üçün şükür edin. Sadəcə var olduğunuza görə minnətdarlıq sizi yaşamağa bağlayar və motivasiyanızı artırar. Əhval-ruhiyyəniz yüksəldikdə həyata müsbət prizmadan baxar və olan-keçən hadisələri daha müsbət gözlə şərh edərsiniz. Gəlin, minnətdar olmağa adət edək, çünki şükür xoşbəxtliyin açarıdır.
Qeyd edək ki, SİA bu barədə Tükiyə saytlarına istinad edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB