Qəzza zolağında çalışan arxeoloqlar tərəfindən Roma dövrünə aid 2000 illik qurğuşunla örtülmüş sarkofaq aşkar edilib. Qəzzanın şimal sahili boyunca dənizdən cəmi 500 metr məsafədə yerləşən sarkofaq yalnız keçən il aşkar edilmiş böyük Roma nekropolunun bir hissəsidir.
Qazıntı layihəsi INTIQAL proqramı vasitəsilə Qəzzada bu cür mühafizə layihələrini dəstəkləyən “Première Urgence Internationale” fransız humanitar təşkilatının nəzarəti altında həyata keçirilir. “IFLScience” portalına görə, layihə, həmçinin “British Council” tərəfindən maliyyələşdirilir.
SİA-nın əldə etdiyi məlumata görə, sahəsi təxminən 3500 kvadratmetr olan nekropolda ümumilikdə 90-a yaxın fərdi və kollektiv məzar tapılıb, lakin alimlər qurğuşun sarkofaqın görkəmli şəxsə məxsus olduğunu ehtimal edirlər.
Fələstin Turizm və Qədim Əsərlər Nazirliyinin Qazıntılar və muzeylər departamentinin direktoru Cehad Yassinin izah etdiyi kimi, bu ehtimal dəfn yerinə əsaslanır. Britaniyanın “Antiquities” hərəkatı proqramından Laura Burnett bildirib ki, Roma dövründə də, sonrakı əsrlərdə olduğu kimi, qurğuşun tabutlarının dəfn üçün "zərif və bahalı" bir üsul hesab edilməsi də bu qənaəti gücləndirir.
Fələstin Turizm və Qədim Əsərlər Nazirliyinin məlumatına görə, sarkofaq hələ açılmayıb, ona görə də orada kimin dəfn olunduğunu öyrənmək üçün gözləmək lazım olacaq. Hazırda sarkofaq sonrakı daşınması və ekspertlər tərəfindən müayinəsi üçün taxta qaba yerləşdirilib.
Yasin bildirib ki, sümüklərin tanınması və tapıntının təhlili təxminən iki ay çəkəcək.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sarkofaqın vəziyyəti “müstəsna” olub, ona görə ki, 2000 il yerin altında qaldığı müddətdə möhürlənmiş və qapalı vəziyyətdə qalıb. Qəbiristanlıqdan tapılan saxsı qablar və digər artefaktlar bunu təsdiqləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB