ÜST koronavirusun müalicəsi üçün daha 2 preparatı təsdiqləyib

Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-un müalicəsi üçün tövsiyə olunan dərmanlar siyahısına 2 yeni preparat əlavə edib.

SİA-nın xəbərinə görə, xəstəliyi ağır keçirənləri “Barisitinib”lə müalicə etmək tövsiyə olunur. Bu preparat əsasən revmatoid artritin müalicəsində istifadə olunur. Sınaqlar göstərir ki, adıçəkilən dərmanın COVİD xəstələrində istifadəsi ölüm riskini və süni tənəffüs aparatına ehtiyacı azaldır.

Xəstəliyi orta ağır keçirən, lakin xəstəxanaya yerləşdirilmə riski yüksək olan şəxslər üçün isə “Sotrovimab” preparatı məsləhət görülür. Söhbət əsasən yaşlı insanlardan və immun çatışmazlığı olan və ya xroniki xəstəliklərdən əziyyət çəkənlərdən gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə