İtaliyanın şimalındakı Breşia şəhərində koronavirusun yeni-SARS-CoV-2 növü aşkar edilib. Qeyd edək ki, ölkəyə gələn nigeriyalıda aşkar edilən bu virus hələ ki, tibbə məlum olmayan virus kimi xarakteriza olunur.

SİA bu barədə rus mətbuatına istinad edir.

Qeyd edilməlidir ki, bu, Afrikada, yəni Nigeriyada yayılan nadir bir variantdır, ancaq hazırda digər ölkələrdə də bu virusa yoluxanlar haqqında məlumatlar gəlməkdədir. Maraqlıdır ki, bu gün alimlər mövcud peyvəndlərin bu seçimə qarşı təsirli ola biləcəyinə inanmırlar.

Bu arada İtaliyanın Virusoloqlar Cəmiyyətinin prezidenti, mikrobioloji laboratoriyanın direktoru Arnaldo Karuzo da bu günə qədər hazırlanmış peyvəndlərin bu virusa qarşı təsirsiz olacağını bildirirb.

Hazırda bu sahəyə məsul elm adamları aşkar edilən virusun orijinal versiyası ilə müqayisədə az və ya çox aqressiv olub olmadığını, aşılama nəticəsində ortaya çıxan antikorlara qarşı davamlı olub olmadığını öyrənməyə çalışırlar.

Yeri gəlmişkən bildirək ki, nigeriyalıda aşkar edilən virus növü, 2020-ci il dekabr ayının sonunda Nigeriyanın cənub-qərbində təsbit edilib. Sonradan bunun ingilis və Cənubi Afrika virusuna bənzədiyi bildirildi. Maraqlıdır ki, bu gün İtaliya üç koronavirus - İngiltərə, Braziliya və Cənubi Afrika növləri müəyyən edilmiş ilk ölkədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə