Havaların kəskin dəyişməsi insanlara necə təsir göstərə bilər? - AİLƏ HƏKİMİ AÇIQLADI
"Havaların kəskin dəyişməsi xroniki xəstəlikləri olan və meteohəssas insanlara öz təsirini göstərir. Xüsusilə də hava şəraitinin tez-tez dəyişməsi orqanizmə bir neçə təsirlər göstərir. İmmun sistemini zəiflədir, müxtəlif sağlamlıq problemlərinin önə çıxmasına səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında ailə həkimi Fidan Həsənli deyib.
Onun sözlərinə görə, xüsusən də meteohəssas insanlar, yəni hava şəraitində olan dəyişikliklərə qarşı həssas olanlar diqqətli davranmalıdırlar: "Bu cür insanlarda ürək-damar xəstəlikləri, artirt, miqren kimi xəstəliklər arta bilər. Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar, təzyiqlə bağlı problemi olan insanlar, infarkt və ya insult riski daha çox olan insanlar bu durumda kontrolda saxlanmalıdırlar. Kəskin hava şəraitinin dəyişməsi həm də insanlarda gündəlik həyat keyfiyyətinə təsir göstərəcək səbəblər yaradır. Məsələn, daimi yorğunluq hissi, yuxululuq hissi, baş ağrısı, miqren. Bu durum atmosfer təzyiqinin dəyişməsi ilə əlaqədardır. Artritdən və ya artrozdan əziyyət çəkən insanlarda da havanın kəskin şəkildə dəyişməsi ilə ağrılarının artmasına səbəb ola bilər".
"Bəs nə etmək lazımdır ki, hava şəraiti bizə bu cür təsirlər göstərməsin"? Həkim sözlərinə davam edərək bildirib ki, bol maye qəbul etməyi və bol-bol vitaminli qidalardan istifadə etməyi tövsiyyə edirəm. "Düzgün və balanslaşdırılmış qidalara üstünlük verin. Fiziki aktivliyi qoruyun, hava şəraitinə uyğun geyinin. Yuxu rejiminizə diqqət edin. Stress, gərginlik yaradan faktorlardan bacardığınız qədər uzaq durun. Əgər ki, ürək-damar xəstəliyindən əziyyət çəkən insanlar varsa mütləq arterial təzyiqlərini kontrolda saxlamaları tövsiyyə olunur. Baş ağrılarına görə isə bol maye qəbul edin və kafeinsiz içkilərə daha çox üstünlük verməyinizi tövsiyyə edirəm. Allergiyası olan insanların isə küləkli havada və tozlu mühitdə çox qalmamalarını tövsiyyə edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə