Gəncədə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Gəncədə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Gəncədə iki avtomobil toqquşub.

SİA APA-ya istinadən xəbər verir ki, Yeni Gəncə yaşayış massivi ərazisində baş verən hadisə zamanı 1998-ci il təvəllüdlü O. Hüseynova, 2021-ci il təvəllüdlü J. Hüseynova və 2019-cu il təvəllüdlü U. Məmmədova xəsarət alıb.

Yaralıların müalicəsi xəstəxanada davam etdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə