Xaçmazda “VAZ 2106” markalı minik avtomobili çaya düşüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, idarəetmənin itirilməsi nəticəsində Qudyalçay üzərindəki körpüdən çaya düşən avtomobildə sürücü tək olub. Qəza zamanı ağır xəsarətlər alan Məmmədov Hüseyn Elsevər oğlu təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Avtomobil xüsusi texnika vasitəsilə çaydan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB