Masallıda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.
SİA xəbər verir ki, Babayev Rusif İsmayıl oğlu idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Feyzullayev Nikbin Elçin oğlunun idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə toqquşub.
Nəticədə R.Babayev idarəetməni itirərək yolun sağ kənarında boş torpaq sahəsinə çıxaraq beton dirəyə və ağaca çırpılıb. Qəza nəticəsində özü və avtomobildə sərnişin qismində əyləşmiş Məmmədzadə Araz Telman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Həsənov Pərvin Əliniyaz oğlu başın təpə nahiyəsinin böyük həcmli kəsilmiş yarası xəsarətlərini alaraq Masallı RMX-na aparılıb.
Faktla bağlı cinayət işi başlanaraq istintaqı davam etdirilir.g
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB