Zaqatalada 2 avtomobil toqquşub, 1 nəfər ölüb

Zaqatala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Muğanlı kənd sakini Elvin Qurbanov idarə etdiyi "VAZ-21011" markalı minik avtomobil rayonun Faldarı kənd sakininin idarə etdiyi "Mercedes C 200" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində "VAZ 21011" markalı avtomobildə olan sərnişin 54 yaşlı Ülfət İsrafil oğlu Qurbanov aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə