Moldovada Rusiyanın beynəlxalq axtarışa verdiyi Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə SİA “Sputnik-Moldova”ya istinadən xəbər verir.
Məlumata görə, saxlanılan şəxs Şlisselburqda (Rusiyanın Leninqrad vilayətində şəhər) atışmada iştirak etməkdə və silah alverində ittiham olunur. O, Moldova-Ukrayna sərhədində saxlanılıb.
Həmin şəxs hazırda təcridxanadadır, Rusiyaya ekstradisiya olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə