Moldovada Azərbaycan vətəndaşı saxlanılıb

25 Aprel 2025 11:45 (UTC+04:00)

Moldovada Rusiyanın beynəlxalq axtarışa verdiyi Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə SİA “Sputnik-Moldova”ya istinadən xəbər verir.

Məlumata görə, saxlanılan şəxs Şlisselburqda (Rusiyanın Leninqrad vilayətində şəhər) atışmada iştirak etməkdə və silah alverində ittiham olunur. O, Moldova-Ukrayna sərhədində saxlanılıb.

Həmin şəxs hazırda təcridxanadadır, Rusiyaya ekstradisiya olunacaq.