Tokatdakı yol-nəqliyyat hadisəsi 5 nəfərin ölümünə səbəb olub

Türkiyənin Tokat-Sivas avtomobil yolunda mikroavtobus yük maşınına çırpılıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, hadisə nəticəsində mikroavtobusda olan 5 nəfər ölüb.

Hadisə yerinə təcili tibbi yardım maşınları və polis qrupları cəlb edilib.

Tokat Bələdiyyəsinin xilasetmə qrupları tərəfindən mikroavtobusda sıxışdıqları yerdən xilas edilən 5 nəfərin yoxlamalar zamanı öldüyü müəyyən edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə