Bakıda beynəlxalq maarifləndirici aksiya

Noyabrın 3-dən 7-dək “Böyük etnoqrafik diktant” adlı altıncı beynəlxalq maarifləndirici aksiya keçiriləcək. Aksiya onlayn formatda www.miretno saytında və Bakıdakı Rus Evində təşkil olunacaq.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən bildiriblər ki, diktantın təşkilatçıları Etnik Məsələlər üzrə Federal Agentlik və Udmurt Respublikasının Milli Siyasət Nazirliyidir.

Diktant əhalinin etnoqrafik savadının səviyyəsi, Rusiyada yaşayan xalqlar haqqında biliklərin qiymətləndirilməsi, habelə geniş ictimaiyyətin diqqətini millətlərarası sülh və həmrəylik məsələlərinə cəlb etmək imkanı yaradacaq.

Diktantın tapşırıqları test şəklində hazırlanıb və 30 sualdan ibarətdir.

Bütün tapşırıqların yerinə yetirilməsinə görə maksimal toplam 100 baldır.

Diktantın keçirilmə müddəti 45 dəqiqə olacaq.

Aksiya haqqında ətraflı məlumatı www.miretno internet saytından əldə etmək olar.

Bakıda aksiyanın keçirilməsi üçün platforma “Rossotrudniçestvo”nun Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təşkil olunub.

Diktantı keçdikdən sonra iştirakçı şəxsi nəticə və topladığı balları ehtiva edən sertifikat alacaq.

Noyabrın 4-də saat 14:00-dan 17:00-a kimi Bakı şəhəri, Xocalı prospekti, 20 (Xətai m.) ünvanında yerləşən Bakıdakı Rus Evinin (RİMM) ərazisində keçiriləcək aksiyada hər kəs iştirak edə bilər.

Aksiyada iştirak etmək üçün qeydiyyatdan keçmək və əlavə məlumatı öyrənmək üçün + 994-12-496-45-00 telefon nömrəsi ilə müraciət edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə