Veloyürüş: “Kiçik addımlar - böyük təsir”

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 beynəlxalq iqlim konfransına həsr olunmuş tədbirlər çərçivəsində Bakı Avropa Liseyinin 4p2 sinfinin şagirdləri, sinif rəhbəri Nigar Rəhmanova və şagirdlərin valideynləri iqlim dəyişikliyi ilə mübarizə və istixana qazları emissiyalarının azaldılması məqsədilə ictimaiyyətin diqqətini ekoloji cəhətdən təmiz nəqliyyat növlərindən istifadə olunmasına cəlb etmək üçün dəstək aksiyası keçirmək qərarına gəliblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Bakı Avropa Liseyindən məlumat verilib. Bildirilib ki, aksiya “Kiçik addımlar - böyük təsir” şüarı altında baş tutub.

Bakı bulvarında təşkil edilən tədbirdə liseyin 4r2 sinfinin şagirdləri velosiped yürüşü keçirərək alternativ nəqliyyat vasitələrinin (velosiped və elektrik skuterlərinin) necə asan istifadə olunduğunu, sağlamlığa faydalı olduğunu və ən əsası, bunun ətraf mühitin çirklənməsini azaltmaq və havanın keyfiyyətini yaxşılaşdırmağa kömək etdiyini öz nümunələri ilə göstəriblər.

Şagirdlər “Ekonəqliyyatı seçin” devizi ilə öz loqolarını hazırlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə