ADPU-nun bir qrup məzunu magistr təhsillərini şöhrətli ali məktəblərdə alacaqlar
Hər bir təhsil müəssisəsinin başlıca göstəricisi məzunlarının əldə etdiyi uğur və nailiyyətlər ölçülür. Şagird və tələbəyə yüksək təhsil vermək, təlim və tərbiyənin düzgün istiqamətləndirilməsi karyera yolunun başlanğıcı deməkdir. SİA xəbər verir ki, elm və zəka ilə müəyyən olunan karyera yolu yüksək keyfiyyətli, vətənpərvər, beynəlxalq dəyərlərə və humanizm prinsiplərinə əməl edən milli kadrların hazırlanması deməkdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı da fəaliyyətini məhz bu istiqamətdə qurmuşdur.
ADPU) Quba filialı 2023/2024-cü tədris ilində 203 tələbəni məzun etmişdir. Onlardan 32 nəfəri magistratura imtahanlarında iştirak etmiş və 21 nəfər məzun qəbul balını müvəffəqiyyətlə toplamışdır. Türkiyə Karabük və Dokuz Eylül universitetləri, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, UNEC kimi qabaqcıl və nüfuzlu təhsil müəssisələrində magistr pilləsində təhsil almaq hüququ qazanması ADPU-nun Quba filialında yüksək səviyyəli peşəkar professor və müəllim heyətinin birgə əməyinin nəticəsi, tədris işinin düzgün qurulmasının bəhrəsidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru dosent Yusif Alıyev SİA-ya açıqlamasında bildirib ki, bütün yeni tədris illərində magistraturaya qəbul olunan məzunlarla ümumi görüş keçirilir. Onlar filialımızın fəxridir. Bu ənənə 2024/2025-ci tədris ilində də baş olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB