İTÜ 2024-2025-ci tədris ili üçün maraqlı magistratura proqramını elan etdi

Namizədlər İTÜ-nün (İstanbul Texniki Universiteti) aşağıdakı səhifələrinə baxaraq müraciət edə bilərlər ...

Türkiyə Prezident Aparatı yanında İnsan Resursları İdarəsinin dəstəyilə İstanbul Texniki Universiteti (İTÜ) nəzdində beynəlxalq İnsan Resurslarının İdarə Edilməsi Magistratura Proqramı 2024-2025-ci tədris ilində tələbə qəbuluna başlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İTÜ-nün köklü akademik tarixini Ofisin istedadların idarə edilməsinə perspektivli yanaşması ilə birləşdirən İnsan Resurslarının İdarə Edilməsi Magistr Proqramı karyeralarında fərq yaratmaq istəyən şəxslər üçün ideal imkanlar təqdim edir.

Dissertasiya (elmi müdafiə) və dissertasiyasız olmaqla iki fərqli şəkildə təklif olunan beynəlxalq İnsan Resurslarının İdarə Edilməsi Magistratura Proqramı dövlət idarəçiliyi, iş dünyası və akademik mühitdə uğurla işləyə biləcək gələcək insan resursları menecerlərini yetişdirmək məqsədi daşıyır.

İstanbulda həyata keçiriləcək bu nüfuzlu magistr proqramı bütün ölkələrdən namizədlərin müraciətlərinə açıqdır.

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr, Balkan və Afrika ölkələri üçün xüsusi kvotalar ayrılıb.

Bundan əlavə, Xaricdəki Türklər və Əqrəba İcmalar Departamenti “Türkiyə təqaüdləri” (Türkiye Bursları) çərçivəsində beynəlxalq namizədlərə elmi müdafiə işi ilə magistr dərəcəsi üçün təqaüd imkanı verir.

İnsan Resursları sahəsində çalışmaq istəyən bütün bakalavr məzunlarının müraciət edə biləcəyi hər iki proqram üçün tədris dili türkcədir və müraciətlər 5-29 avqust 2024-cü il tarixləri arasında qəbul edilir.

Namizədlər İTÜ-nün bu səhifələrə baxaraq müraciət edə bilərlər.

Dissertasiya Magistr Proqramı (Tezli Yüksek Lisans Programı)

https://www.tyyc.itu.edu.tr/ProgramHakkinda.php?Program=INK_IK_YL

Dissertasiyasız Magistratura Proqramı (Tezsiz YüksekLisans Programı)

https://www.tyyc.itu.edu.tr/ProgramHakkinda.php?Program=HUR_HR_YL

Müraciət səhifəsi (BaşvuruSayfası)

https://www.sis.itu.edu.tr/duyuru_ekler/lisansustu/202510/lisanasustu-basvuru-tr.php

Bundan əlavə, beynəlxalq olan və dissertasiya ilə magistr proqramına müraciət edən namizədlər təqaüd tələbləri üçün [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Türkiyənin ən köklü universitetlərindən biri olan İTÜ 250 illik tarixi ilə güclü akademik mirasa malikdir.

İTÜ həmçinin 2024 QS Sahə Əsaslı Dünya Universitetləri Siyahısında 95-ci yeri tutaraq beynəlxalq səviyyədə tanınan bir təhsil ocağıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə