"Azərbaycan və İsrail arasında təhsil baxımından oxşarlıqlar var" - NAZİR AÇIQLADI

"Hazırda olan statistik məlumatlara baxsaq, görərik ki, təhsilə trilyonlarla dollarlar xərclənir. Amma hələ də təhsil sahəsi kifayət qədər təkmilləşmir". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan-İsrail İnnovasiyalar Forumunda deyib.

O bildirib ki, bu xərclərin sonunda dünya ölkələrinin bəzilərində artan, bəzilərində isə aşağı nəticələr var: "Ümumən isə 1990-cı illərdən bu yana təhsildə əhəmiyyətli dərəcədə inkişaf yoxdur.

Biz müxtəlif təhsil növlərinə yer veririk. Eyni zamanda, ənənəvi təhsil sistemini müsbət qəbul edirik. Məlumdur ki, təhsilin Ümumi Daxili Məhsula böyük təsiri var. Düşünürəm ki, İsrail bu baxımdan öndə olan ölkələrdəndir. Biz anlamalıyıq ki, Azərbaycan və İsrail arasında təhsil baxımından oxşarlıqlar var".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə