Orta məktəblər 1 mart tarixinə qədər bağlanıb - NAZİR MƏLUMAT VERDİ
Türkiyənin 10 vilayətində orta məktəblər 1 mart tarixinə qədər bağlanıb. SİA xəbər verir ki, bu barədə Türkiyənin milli təhsil naziri Mahmut Özer məlumat verib.
"Başqa regionlarda isə 20 fevraldan dərslər başlayacaq", - deyə o əlavə edib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 24 617 nəfər həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB