Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3 milyard dollara çatıb

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 2,99 milyard dollar təşkil edib. SİA İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın noyabr sayına dair ilkin rəqəmlərinə istinadla xəbər verir ki, qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 19,8 faiz artaraq 962,1 milyon dollara bərabər olub.

Cari ilin on ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 49,6 faiz, meyvə-tərəvəz 30 faiz, kimya sənayesi məhsulları 22,8 faiz, pambıq iplik 8,8 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 3,8 faiz artıb.

Hesabat dövrü ərzində aqrar məhsullar üzrə ixrac 27,5 faiz artaraq 769,7 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac isə 260 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,1 faiz artaraq 1,03 milyard dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə