Azərbaycan Gürcüstanla iqtisadi əlaqələrin inkişaf perspektivlərini müzakirə edib
Azərbaycan Gürcüstanla enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Mariam Kvrivişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin prioritet inkişaf istiqamətlərini nəzərdən keçirdik və enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etdik. Birgə layihələrin ölkələrimiz və region üçün faydalarını vurğuladıq”,- deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə