Naxçıvanda əsas kapitala 106 milyon manatdan çox vəsait yönəldilib

Naxçıvanda cari ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 106 milyon 117 min 600 manat vəsait yönəldilib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, bu da bir il öncəki göstəricidən 40,5 faiz çoxdur.

Əsas kapitala vəsait qoyuluşunun 83 milyon 340 min 100 manatı və ya 78,5 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34,3 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə