SOCAR Türkiyənin I Liqa təmsilçisinin forma sponsoru olub

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin I Liqa təmsilçisi “İğdır” klubunun forma sponsoru olub. SİA xəbər verir ki, bu barədə qurumun Türkiyədəki törəmə şirkəti - “SOCAR Türkiye” məlumat yayıb.

Klubla müqavilə müddəti 2025/2026 mövsümünü əhatə edəcək. Rəsmi oyunlarda şirkətin loqosu futbolçuların formalarının ön hissəsində yer alacaq.

Qeyd edək ki, SOCAR eyni zamanda Türkiyə Superliqası təmsilçisi “Qalatasaray”a sponsorluq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə