OPEC+ fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycan bu prosesdə çox fəal iştirak edir. Bu gün biz bu əməkdaşlıq vasitəsilə təkcə qlobal neft bazarında deyil, ümumilikdə enerji bazarında sabitliyə öz töhfəmizi veririk.
SİA-nın məlumatına görə, bunu açıqlaması zamanı Vyanada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkəmizin OPEC+ formatı çərçivəsində fəaliyyətini qiymətləndirərkən bildirib.
Nazir qeyd edib ki, OPEC+ enerji bazarının sabitliyində çox mühüm rol oynayır və ölkəmiz belə vacib əməkdaşlığı bu qrup çərçivəsində davam etdirməkdə maraqlıdır.
9-cu OPEC Beynəlxalq Seminarında iştirak edən nazir fürsətdən istifadə edərək OPEC-in Baş katibinə əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi fəaliyyətə görə də təşəkkür edib və ölkəmizin bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsində maraqlı olduğunu ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə