Auditorlar Palatası daha iki audit şirkətinə yeni, müddətli lisenziya verib. SİA Palataya istinadən xəbər verir ki, “JSM Financial Group” MMC-yə bu ilin iyulun 4-dən 2030-cu ilin iyulun 4-dək qüvvədə olmaqla AT/347 saylı auditor sertifikatı təqdim edilib. Cəmiyyətin direktoru İsmayılova Gülalə Kərəm qızıdır.
Bundan başqa, “Everest Audit” MMC-yə isə bu ilin iyulun 3-dən 2030-cu ilin iyulun 3-dək qüvvədə olmaqla AT/346 saylı auditor sertifikatı verilib. Şirkətin direktoru Şıxəliyev Eşqin Əziz oğludur.
Bütün xəbərlər Facebook səhifəmizdə