Azərbaycan Mərkəzi Bankı 3 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini bərpa edib. SİA bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Bununla bağlı qərar iyulun 4-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub.
"Sığorta vasitəçilərinin fəaliyətinin bərpası onların lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırılması hesabına olub", - məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə