Azərbaycan Sloveniya ilə “yaşıl enerji”nin təchizatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerin dəvəti ilə bu ölkəyə işgüzar səfər çərçivəsində enerji sahəsində ikitərəfli əlaqələrin, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığının inkişafı kontekstində yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi məsələləri üzrə səmərəli görüş keçirdik. Ötən il Sloveniyanın ümumi qaz istehlakının təxminən 5 %-ni təşkil edən Azərbaycan qazının tədarükünün artırılması və “yaşıl enerji”nin təchizatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etdik”. - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə