“Dördüncü ölçünün rəngləri”

“Dördüncü ölçünün rəngləri”

Noyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sənətşünaslıq doktoru Məryəm Əlizadənin teatr sənətinin inkişafında mühüm rol oynamış rejissor, Dövlət mükafatı laureatı, Xalq Artisti Tofiq Kazımova həsr olunmuş "Dördüncü ölçünün rəngləri" adlı kitabı təqdim edilib.

SİA-nın xəbərinə görə, bu münasibətlə keçirilən mərasimin iştirakçıları kinoteatrın foyesində rejissorun çəkdiyi filmlərdən fotokadrlara maraqla baxıblar.

Məryəm Əlizadə müəllifi olduğu monoqrafiyada rejissorun yaradıcılığına yeni baxışın, elmi-nəzəri təhlilin əksini tapdığını qeyd edib. Bildirib ki, T.Kazımovun böyük zəhməti sayəsində məzmun və quruluşuna görə "Antoni və Kleopatra", "Hamlet", "Fırtına", "Sən həmişə mənimləsən", "Ölülər", "Sənsiz" və s. tamaşalar o dövrün teatr yaradıcılığına xüsusi nəfəs gətirib. T.Kazımovun timsalında yaradıcı şəxsin inkişaf problemlərinin teatr sənətinin ümumi, fundamental məsələləri ilə üzvi şəkildə əlaqələndirməyə çalışdığını söyləyən müəllif kitabın incəsənət xadimlərinə və geniş oxucu auditoriyasına ünvanlandığını diqqətə çatdırıb.

Tanınmış teatr və kino xadimləri Tofiq Kazımovla bağlı xatirələrini paylaşmış, onun insani keyfiyyətlərindən, işə tələbkarlığından danışıblar.

"Savalan" qrupunun ifasında Tofiq Kazımovun atası Səməd Mənsurun "Həpsi rəngdir" qəzəli və ilahilər səsləndirilmiş, sonda görkəmli rejissora həsr olunmuş sənədli film göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə