Tanınmış yazıçı, publisist, türkoloq və jurnalist Yunus Oğuzun "Əmir Teymur və Qara Yusif - Son vəsiyyət" əsəri Türkiyədə oxuculara təqdim olunub.
Yunus Oğuzun tarixi mövzuda qələmə aldığı əsər Türkiyənin Bilge Budun Yayınları tərəfindən nəşr edilərək ölkənin kitab satış platformalarında yer alıb. Kitab 18 sentyabr 2026-cı ildən Türkiyədə satışa çıxarılıb.
102 səhifədən ibarət olan əsər türk tarixinin mühüm şəxsiyyətlərindən Əmir Teymur və Qara Yusif arasındakı münasibətlərə, həmin dövrün siyasi hadisələrinə və tarixi qarşıdurmalara həsr olunub. Əsərdə tarixi hadisələr bədii üslubda təqdim edilir.
Kitab hazırda Türkiyənin müxtəlif onlayn kitab satış platformalarında "Emir Timur ve Kara Yusuf Son Vasiyet" adı ilə təqdim olunur. Əsərin Türkiyədə Bilge Budun Yayınları tərəfindən oxuculara çatdırılması Yunus Oğuzun yaradıcılığının qardaş ölkədə də oxucu auditoriyasına təqdim olunması baxımından diqqət çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB