Bella Hadid “Between Us” adlı debüt kitabını buraxır…

Modelin həyatı və karyerası haqqında

...Müasir modanın aparıcı ilham pərəstişkarlarından biri, Fələstin-Holland əsilli amerikalı supermodel Bella Hadid, debüt kitabı olan "Between Us"u (“ Öz aramızda”) nəşr etməyə hazırlaşır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, nəşr onun həyatı və karyerasına həsr olunub…və əsasən illər ərzində çəkilmiş fotoşəkillərdən ibarətdir.

Fotoşəkillər modelin yaxın dostu, uşaqlıqdan bəri Bellanın şəklini çəkən fotoqraf Yasmin Diba tərəfindən çəkilib. Kitabda həmçinin Hadidin şəxsi arxivindən arxiv və əvvəllər dərc olunmamış şəkillər, əlyazma qeydləri, şəxsi yazışmalar yer alır.

Fotoşəkillər Bellanın Malibuda böyüməsindən qlobal superulduza və öz nəslinin ən tanınan simalarından birinə çevrilməsinə qədər olan səyahətini əks etdirir.

“Between Us” sadəcə cilalanmış kommersiya albomu deyil, həm də parlaq jurnal çəkilişlərinə pərdəarxası baxış təqdim edən səmimi vizual gündəlikdir.

Nəşr modelin ailəsinə və yaradıcılıq axtarışlarına diqqət yetirərək şəxsi tərəfini ortaya qoyur.

Hadid öz zəifliyi haqqında səmimi şəkildə danışır, ruhi sağlamlığa toxunur və 2012-ci ildən bəri mübarizə apardığı Laym xəstəliyi ilə yaşadığı təcrübəni bölüşür.

Kitab artıq Rizzoli veb saytında əvvəlcədən sifariş üçün mövcuddur və 6 oktyabrda satışa çıxarılacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə