Mayın 14-də saat 20:00-da Beynəlxalq Muğam Mərkəzi səhnəsində Savalan qrupu tərəfindən xüsusi konsert proqramı təqdim olunacaq.
SİA xəbər verir ki, “Dost! Dost! Dost!” adlı bu konsert Azərbaycanın tanınmış musiqiçisi Novruz Novruzun xatirəsinə ithaf olunur. Axşam boyu tamaşaçılar həm duyğusal, həm də zəngin musiqi proqramı ilə qarşılaşacaqlar.
Biletlərin qiyməti 10–20 AZN arasında dəyişir və onları iTicket platforması vasitəsilə əldə etmək mümkündür.
Musiqi və xatirə dolu bu gecəni qaçırmayın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB