"Bu gün Beynəlxalq Muğam Mərkəzində "Nuhun izi ilə" filminin təqdimatı keçirildi". SİA xəbər verir ki, bu sözləri “Nuhun izi ilə” sənədli filminin təqdimat mərasimində Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov deyib.
O bildirib ki, tədbir çox gözəl keçib: "Bugünkü müstəqil Azərbaycan bütün sahələrdə uğurlar əldə edib. Ulu Öndər Heydər Əliyev Azərbaycanı həmişə firavan görmək istəyirdi. Bu gün Ulu Öndərin ruhu şaddır. Bu filmin beynəlxalq aləmdə yayılması Azərbaycan mədəniyyətinə öz töhfəsini verəcəkdir. Bu iş Azərbaycan mədəniyyətini, irsini təbliğ edən Heydər Əliyev Fonduna da töhfədir. Mən hamını təbrik etmək istəyirəm, düşünürəm ki, çox uğurlu oldu".
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə