COP29 Sədrliyi əsas tərəfdaşlarla yaşıl investisiyaları və enerji keçidini müzakirə edib
Azərbaycanın BMT-nin COP29 iqlim konfransındakı Sədrliyi Brijtaunda (Barbados) keçirilən "Hamı üçün davamlı enerji" adlı forum çərçivəsində beynəlxalq təşkilatların nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər keçirərək, dünyada enerji keçidi və yaşıl investisiyaların cəlb edilməsi üzrə addımları müzakirə edib. SİA xəbər verir ki, Azərbaycan nümayəndələri milli öhdəliklərin davamlı enerji resurslarının inkişafına və bu sahədə təşəbbüslərə maliyyə dəstəyinə töhfə vermək imkanlarını müzakirə ediblər.
BMT Baş katibinin xüsusi nümayəndəsi Damilola Oqunbiyi, CARICOM Baş katibinin müavini Armstronq Aleksis və bu təşkilatın iqlim üzrə nümayəndəsi Ceyms Fletçer, eləcə də Yaşıl İqlim Fondunun icraçı direktoru Mafalda Duarte ilə görüşlər keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə