COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
COP29 ərəfəsində bir sıra beynəlxalq QHT-lərin koalisiyalar (COP29 İqlim Ədaləti Koalisiyası və COP-da haqqını tələb et) və ya kiçik qruplar halında Azərbaycanı hədəf alan kampaniyalar həyata keçirdikləri və təşəbbüslər irəli sürdükləri, qərəzli və birtərəfli hesabatlar hazırladıqları müəyyən edilib. SİA xəbər verir ki, bu barədə Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının hesabatında bildirilib.
Qeyd olunub ki, aşkarlanan QHT və fondların, demək olar ki, hamısının mənzil-qərargahı Qərb ölkələrində yerləşir və əsas donorları dövlət orqanları və institutlarıdır:
“Onların bəziləri donorlarını açıq, bəziləri qismən göstərir və həmin məlumatları tam qapalı saxlayanlar da mövcuddur. Onların hamısının parlamentlərdə olduğu kimi, eyni tezislərdən istifadə edərək Azərbaycanı hədəf aldıqları faktlarla sübut edilir”.
Hesabatda vurğulanıb ki, “COP-da haqqını tələb et” adlı koalisiya 2024-cü il sentyabrın 11-də yaradılıb. 33 QHT-nin və iki nəfər fiziki şəxsin qoşulduğu bu şəbəkə beynəlxalq ictimaiyyətə ünvanlanmış və Azərbaycana qarşı qərəzlə dolu olan müraciət imzalayıb.
“Tələbləri Azərbaycanın insan hüquqları və iqlim ədaləti üzrə öhdəlikləri yerinə yetirməsi, o cümlədən siyasi motivli həbsləri dayandırması, dövlət rəsmilərinin işgəncə və qeyri-insani davranışa görə məsuliyyətə cəlb edilməsi və vətəndaş cəmiyyətinə qarşı məhdudiyyətlərin götürülməsi məqsədilə qanunlarda dəyişiklik edilməsidir”.
Milli Məclisin komitəsinin sənədində vurğulanır ki, hesabat hazırlanan dövrdə öz veb-səhifəsində (domen qeydiyyatından 2024-cü il avqustun 1-də keçib) Azərbaycan əleyhinə 20 yazı paylaşıb və “X” platformasında fəal təbliğat aparıb.
“COP29 İqlim Ədaləti Koalisiyasının fəaliyyəti ilə bağlı veb-səhifəsində (domen qeydiyyatından 2024-cü il avqustun 22-də keçib) çox məlumat qoyulmasa da, təhlükəli şüarları diqqət cəlb edir – “Gəlin həmrəylik göstərərək, təşkilatlanmanı genişləndirək, dirənişimizi möhkəmləndirək, ədalət üçün mübarizəni gücləndirək, yeni və daha yaxşı dünya naminə sistem dəyişikliyinə nail olaq”.
Hesabat müəllifləri bildiriblər ki, açıq mənbələrin tədqiqi (OSINT) nəticəsində müəyyən edilib ki, bu “koalisiyalar” Azərbaycanda konkret cinayətə görə həbs olunmuş bir şəxsin yaxın ətrafı tərəfindən süni şəkildə formalaşdırılıb.
“Bu koalisiyaların fəaliyyətləri və tələbləri Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə cəhdi hesab edilə bilər”- hesabatda bildirilib.
Bundan başqa hesabatda qeyd olunur ki, Ermənistan COP29 tədbirinin Azərbaycanda keçirilməsinə rəsmən razılıq versə də, arxa planda həmişə Azərbaycana qarşı bütün platformalarda əks-təbliğat aparıb:
“İqlim konfransına aidiyyəti olmayan məsələləri qabardır, süni gərginlik yaratmağa və Azərbaycanın beynəlxalq nüfuzunu zədələməyə cəhdlər göstərir. Əgər ilk vaxtlar və sonrakı mərhələdə COP29-la heç bir əlaqəsi olmayan sülh danışıqları, sülh müqaviləsi, hərbi cinayətlər törətmiş şəxslərin azad edilməsi məsələləri süni surətdə gündəmə gətirilirdisə, son vaxtlar Ermənistan rəsmiləri tərəfindən tez-tez “Azərbaycan Ermənistana qarşı gələcək eskalasiyanı qanuniləşdirmək üçün COP29-dan istifadə edəcək” tezisindən istifadə edildiyini görmək olur”.
2023-cü ilin martından “Rasmussen Global” Aİ-dən bir sıra sabiq vəzifəliləri "Ermənistanın dostları şəbəkəsi"nə cəlb edərək Ermənistan hökumətinə lobbiçilik xidməti göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Moskvada 2 azərbaycanlı yol qəzasında ölüb
Hadisə 22:22Gəncədə keçmiş məhkum 88 yaşlı xalasını öldürüb
Hadisə 22:02Ən qədim həyat məsləhəti 4600 il əvvəl qeydə alınıb..?
Maraqlı 21:52İmam doğma kəndini sərxoşluqdan necə xilas etdi..?
Sosial 21:07Qana Putini geri çəkilməyə məcbur etdi?
Dünya 20:52“Bu yanlış məlumatdır”...
Dünya 20:29Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
Dünya 20:16Ruslar benzin üçün növbəyə qayıdacaqlar...
Sosial 19:25Çin “Qazprom”u xilas etməkdən imtina etdi...
İqtisadiyyat 19:06Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 18:31“Rezo Qabriadze Kukla Teatrı” Bakıda tamaşa təqdim edib
Mədəniyyət 18:17Expressbank Bərdədə 300 ağac əkib
Sosial 17:56Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir
Dünya 17:48Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
Siyasət 17:44Bədənimiz necə qocalır?
Maraqlı 17:08Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib
Siyasət 16:38Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib
İqtisadiyyat 16:36Əli Kərimli və müavininin məhkəməsi başlayıb
Hadisə 15:46Milli qürurun təntənəsi - MƏQALƏ
Siyasət 15:43Politoloq: Düşüncə və yanaşmalar mütləq dəyişilməlidir
Siyasət 14:24Diplomun var, peşən var, bəs niyə öz sahəndə işləmirsən? - KÖŞƏ
Köşə yazıları 13:13Bakıda dumanlı hava müşahidə olunur
Hadisə 13:13Azərbaycanda 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib
İqtisadiyyat 13:12Komitə sədri Şərurda məscidləri ziyarət edib
Siyasət 12:49Ailələr niyə getdikcə daha çox borclanır? - EKSPERT DANIŞDI
İqtisadiyyat 12:40Sabah Bakıda hava yağmursuz olacaq
Hadisə 12:23Bakıda Zəfər gününə həsr edilən aksiyada 300 ağac əkilib
Siyasət 12:21Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib
Siyasət 12:10Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Siyasət 12:00Milli Məclisdə ombudsmanın seçilməsi məsələsinə baxılır
Siyasət 11:00Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9023
+0,12%
-
GBP
2,2794
+0,11%
-
RUB
2,0943
-0,84%



