Bakıda təşkil olunan COP29 ilə bağlı mövzular Malayziya mediasında geniş işıqlandırılıb. SİA xəbər verir ki, təkcə Malayziya yox, regionda əhəmiyyətli media qurumu hesab olunan “Astro Awani International”, eləcə də “New Straits Times”, “Bernama”, “Utusan Malaysia” kimi nəşrlər mötəbər tədbiri gündəmdə saxlayıb.
Malayziyanın milli xəbər agentliyi “Bernama” AZƏRTAC-a istinadla Azərbaycan Prezidenti İlham Əliyevin Kuala Lumpur şəhərinin merini qəbul etməsi barədə məlumat yayıb. Bu barədə xəbər Malayziyanın digər media qurumlarının səhifələrində də yer alıb.
“Astro Awani International” televiziya kanalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə geniş müsahibə əsasında proqram yayımlayıb. Bundan başqa, H.Hacıyevin Azərbaycanın “COP atəşkəsi təşəbbüsü ilə bağlı məqaləsi “Astro Awani International” nəşrinin internet səhifəsində yerləşdirilib.
Ölkəmizin “COP atəşkəsi” təşəbbüsü ilə bağlı məlumatlar “New Straits Times” qəzetində də işıqlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə