“Dəyişən iqlim şəraitində ekoloji cəhətdən davamlı su idarəetməsi” mövzusunda tədbir
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov COP29 çərçivəsində Rusiya Federal Su Ehtiyatları Agentliyinin təşkil etdiyi “Dəyişən iqlim şəraitində ekoloji cəhətdən davamlı su idarəetməsi” mövzusunda keçirilən tədbirdə iştirak edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb.
Məlumata görə, Z.Mikayılov qlobal çağırışlar və strateji prioritetlər, Azərbaycan və Rusiya arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq, davamlı və inteqrasiyalı su ehtiyatlarının idarə edilməsinin inkişafı, eləcə də dəyişən iqlim şəraitində adaptiv su idarəetmə modelləri mövzularında çıxış edib.
Sədr beynəlxalq əməkdaşlığın gücləndirilməsi, ekoloji tarazlığın uzunmüddətli qorunması istiqamətində Agentliyin mühüm təşəbbüslər həyata keçirdiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə