Ticarət təkcə inkişafın deyil, həm də iqlim dəyişikliyi ilə mübarizənin əsas amillərindən biridir.
SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın ticarət siyasəti üzrə dövlət naziri Douqlas Aleksandr COP29-la bağlı paylaşdığı videoda deyib.
Ötən həftə COP29-da iştirak etmək üçün Bakıya gələn nazir Britaniyanın Bakıdakı mesajının aydın olduğunu deyib: “Bakıda bizim mesajımız aydındır. Britaniya öz milli səviyyədə müəyyən edilmiş töhfəsi vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə liderlik rolunu öz üzərinə götürüb və işgüzar əməkdaşlığa açıqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə